AZ

"Barselona"nın yarımmüdafiəçisi La Liqa klubunun hədəfində

"Barselona"nın futbolçusu Mark Bernal La Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Jirona" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb.

"Ağ-qırmızılar" 18 yaşlı dayaq yarımmüdafiəçini yanvar ayında icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. Gənc oyunçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi edib.

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr