AZ

Antalyada 4,9 bal gücündə zəlzələ baş verib

Bakı, 8 dekabr, AZƏRTAC

Türkiyənin Antalya əyalətinin Serik rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi X sosial media hesabında paylaşım edib.

Zəlzələnin episentri 28 kilometr dərinlikdə olub.

Hər hansı bir fəsad haqqında məlumat verilmir. NTV-nin məlumatına görə, təkanlar qonşu ərazilərdə də hiss olunub.

Dekabrın 8-i gecə Antalya şəhərinin digər rayonu olan Konyaaltıda 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ 20 kilometr dərinlikdə baş verib.

 

Seçilən
18
2
azertag.az

3Mənbələr