AZ

ATƏT-in Minsk qrupu Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması məsələsində açıq-aşkar bacarıqsızlığını nümayiş etdirib

Bakı. Trend:

ATƏT-in Minsk qrupu Ermənistan - Azərbaycan münaqişəsininnizamlanması məsələsində açıq aşkar bacarıqsızlığını nümayişetdirdi.

Trend xəbər verirki, bunu bu gün Azərbaycan Respublikasının Milli Məclisinindeputatı, Milli Məclisin MDB PA-da nümayəndə heyətinin üzvü NizamiSəfərov Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının30 illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsrolunmuş “Heydər Əliyev- suveren Azərbaycanın konstitusionalizmininvə parlamentçiliyinin qurucusu” mövzusunda beynəlxalq konfransıngedişində deyib.

Onun sözlərinə görə, ötən əsrin ikinci yarısının sonundaAzərbaycanın dövlət müstəqilliyini bərpa etmək prosesi ölkəmizəqarşı beynəlxalq hüquqa kobud şəkildə zidd olan ərazi iddialarınaəsaslanan Ermənistanın silahlı təcavüzü ilə üzləşdi.

N. Səfərov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağlabağlı dörd qətnaməsi – Ermənistan silahlı qüvvələrinin işğalolunmuş rayonlardan dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxmasınıtələb edən sənədlər eləcə kağız üzərində qaldı.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsi vəqısamüddətli antiterror tədbirləri nəticəsində ölkənin bütünərazisində öz suverenliyini və konstitusiya hüquqi qaydasını tambərpa edib.

N. Səfərov əlavə edib ki, hazırda ölkənin siyasi rəhbərliyiməqsədyönlü şəkildə sülh gündəliyini həyata keçirir və bunun bariznəticəsi kimi 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistanarasında birgə Bəyannamənin imzalanması və sülh sazişi mətnininparaflanması qeyd olunmalıdır.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr