AZ

Yaşıl iqtisadiyyat Azərbaycanda yeni yüksək texnoloji biznes sahələri yaradır - Professor

Azərbaycanda yaşıl iqtisadiyyatın payının artması ölkənin iqtisadi şaxələndirilməsinə və innovativ biznes sahələrinin inkişafına ciddi təkan verə bilər.

Bu barədə iqtisadçı-analitik, Professor Elşad Məmmədov QHT.az-a öz açıqlamasında bildirib. Professorun sözlərinə görə, yaşıl iqtisadiyyatın genişlənməsi yalnız ekoloji deyil, həm də yüksək texnoloji inkişaf baxımından strateji əhəmiyyət daşıyır:

“Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, innovasiyaların sürətli şəkildə iqtisadiyyatda tətbiq edilməsi baxımından yaşıl iqtisadiyyatın payının milli iqtisadiyyatda genişlənməsi öz müsbət rolunu oynaya bilər. Nəzərə almaq lazımdır ki, bir çox istiqamətlər üzrə yaşıl iqtisadiyyat yüksək texnoloji sektorun inkişafı ilə bağlıdır və bu, onu deməyə əsas verir ki, yaşıl iqtisadiyyatın genişlənməsi, onun payının milli iqtisadiyyatda artması yüksək əlavə dəyər tutumlu sahələrin inkişaf etməsinə öz müsbət təsirlərini göstərə bilər.”

 

Pərvanə Fərhadqızı

 

Seçilən
48
qht.az

1Mənbələr