AZ

Suriyada Əsəd rejiminin devrilməsinin ildönümü qeyd olunur – FOTOLAR / VİDEO

Bu gün Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ildönümü münasibətilə genişmiqyaslı tədbirlər keçirilir.

NOCOMMENT.az xəbər verir ki, bu dəqiqələrdə Suriya ordusu Dəməşqin mərkəzində hərbi parad təşkil edib.

“Syria TV” telekanalının məlumatına görə, Azərbaycan Respublikasının Suriyadakı səfirliyi də Suriya xalqını bu əlamətdar tarix münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Bu gün bir il əvvəl dünya Dəməşqin öz sakinlərinə qaytarılmasının, Suriya xalqı üçün ədalətin bərpa olunmasının, şəhərin zülmdən və cinayətkarlıqdan azad edilməsinin şahidi oldu. Azərbaycan Respublikası Suriyada gedən bərpa və yenidənqurma prosesində bütün təcrübəsini bölüşməyə hazırdır.”

Seçilən
77
nocomment.az

1Mənbələr