ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 8 dekabr, AZƏRTAC
Özbəkistan və Azərbaycan dövlətləri arasındakı münasibətlər indi çox yüksək səviyyədədir. Bu münasibətlər nə qədər yüksək olsa da, son hədd deyil. Çünki iki ölkənin dövlət başçıları gözəl ortaq mühit - etibarlı münasibətlər, dostluq münasibətləri, qarşılıqlı etimad mühiti yaradıblar. Həmçinin hər iki ölkənin icra və qanunvericilik orqanları, böyük korporasiyaları, ictimai təşkilatları, hətta məktəblər və universitetləri bir-biri ilə dostluq edir və hər bir qurumun bu sahədə ölkələrimizin daha da inkişafı kimi çox aydın məqsədi var. Bu məqsədə nail olmaq üçün iki ölkə arasında çox səmərəli işlər görülür.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov bildirib.
Özbəkistan Prezidentinin Azərbaycana səfərlərindən söz açan səfir qeyd edib ki, oktyabrda Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündə mühüm qərarlar qəbul olunub və həmin qərarların həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
“Bu gün Bakıda “Heydər Əliyev - suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilir və burada iştirak edirik. Eyni zamanda, 8 dekabr Özbəkistanda Konstitusiya Günüdür. Belə demək mümkündürsə, biz burada iki ölkənin Konstitusiya günlərini birgə qeyd edirik”, - deyə o vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.