Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Tərtər, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtərdə Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan, Dərələyəz mahalı, Paşalı rayon Herher kənd icmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində “Herher kəndinə qayıdış bizim mənəvi haqqımızdır” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin Mərkəzi Meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qərbi Azərbaycan İcmasının Tərtər rayonu üzrə nümayəndəsi Faiq Məmmədov çıxış edərək Herher kəndinin tarixi, sakinləri barədə məlumat verib, Qərbi Azərbaycana qayıdışla bağlı respublikamızın müxtəlif bölgələrində yaşayan irəvanlılarla keçirilən görüşlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, torpaqlarını işğaldan azad edən ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana ləyaqətli qayıdışa da nail olacaq. Qərbi Azərbaycandan didərgin salınanların öz yurdlarına qaytarılması, onların ləyaqətli qayıdışının təmin olunması prioritet olaraq qalır.
Digər çıxış edənlər - YAP rayon təşkilatının sədri Eldar Əsədov Vətən müharibəsi qəhrəmanı Azər Abdullazadə, “Azərbaycan Bayrağı Ordenli” şəhid Mehrac Mahmudovun oğlu Ziya Mahmudov, Herher icmasının sədri Afaq Sadıqova çıxışlarında herherlilərin öz doğma ata-baba yurdlarına qayıdacaqlarına inandıqlarını ifadə ediblər.
Görüşün sonunda icma üzvlərinə Qərbi Azərbaycan icmasına üzvlük vəsiqələri təqdim edilib.
-1 / 5
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.