AZ

BDU-da “Filologiya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb

Bakı, 8 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) filologiya sahəsində tədqiqat aparan magistrant, doktorant və əməkdaşları arasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə komissiyasının qərarına əsasən, Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova I, Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samirə Məmmədli II yerə, Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov isə təşəkkürnaməyə layiq görülüb.

Qeyd edək ki, müsabiqə filologiya sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılması məqsədilə keçirilib.

Seçilən
52
azertag.az

1Mənbələr