Bakı Dövlət Universitetində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb.
QHT.az xəbər verir ki, müsabiqə komissiyasının qərarına əsasən, professor Yeganə İsmayılova I, elmi işçi Samirə Məmmədli II yerə layiq görülüb, dosent Heybət Heybətov isə təşəkkürnamə ilə təltif edilib. Müsabiqə filologiya sahəsində 2025-ci ildə yüksək elmi nəticələr əldə etmiş, nüfuzlu beynəlxalq bazalarda indekslənən nəşrlərdə məqalələri dərc olunmuş magistrant, doktorant və əməkdaşları mükafatlandırmaq məqsədi daşıyıb.
Tədbir BDU-da elmi fəaliyyətin stimullaşdırılması və filoloji araşdırmaların inkişafına dəstək məqsədilə təşkil edilib.