AZ

Bayram süfrənizə əlavə edə biləcəyiniz digərQİDALAR

Tibbi elmlər doktoru, həkim Tatyana Şapovalenko  qəbizliyin qarşısını almaq üçün yeni il süfrəsinə qoyula biləcək məhsulları açıqlayıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis tövsiyəsini “Smotrim” platformasında yayımlanan buraxılışda verib.

Şapovalenkonun sözlərinə görə, bayram süfrəsində mütləq şəkildə liflə zəngin məhsullar olmalıdır: şəkərsiz meyvələr - məsələn, alma və ya armud, həmçinin istənilən sobada bişirilmiş tərəvəzlər. Bundan başqa, yeni il bayramı günlərində həkim iri çəkili (qaba) dənli sıyıqlar - məsələn, yulaf sıyığı və qarabaşaq - və quru meyvələr yeməyi məsləhət görüb.

Mütəxəssis həmçinin tumlu çörək yeməyə çağırıb, çünki tumlar bağırsaqların motorikasını aktivləşdirir. Şapovalenko əlavə edib ki, normal defekasiya üçün kifayət qədər su içmək vacibdir.

Aytəkin TOFİQQIZI

Seçilən
51
1
redaktor.az

2Mənbələr