Bakı. Trend:
Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərintənzimlənməsi haqqında” Qərarında dəyişiklik edilib.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Sənədə əsasən, dövlət orqanlarında (mərkəzi icra hakimiyyətiorqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yanındayaradılan dövlət agentlikləri və dövlət xidmətlərində, mərkəzi icrahakimiyyəti orqanlarının tabeliyində olan orqanlarda) kadrqurumları həmin orqanların mövcud ştat sayı dairəsində işçilərininsayına mütənasib olaraq aşağıdakı cədvələ uyğun olaraq təşkilediləcək:
Sıra №-si | Vəzifələr nomenklaturu üzrə kadr xidməti göstərilən işçisayı | Kadr məsələləri üzrə ştat sayı və ya müvafiq strukturbölmə |
1. | işçi sayı 100 nəfərədək olduqda | kadr məsələləri üzrə maksimum 2 ştat vahidi |
2. | işçi sayı 101 nəfərdən 200 nəfərədək olduqda | kadr məsələləri üzrə 2 ştat vahidi və ya sektor |
3. | Işçi sayı 200 nəfərdən çox olduqda | sektor və ya şöbə |