AZ

37 yaşlı kişi iş yoldaşını aldatdı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Xəzər rayonunda 37 yaşlı kişi keçmiş iş yoldaşına qarşı dələduzluq edib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü İlqar Vəliyev sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin əvvəllərində Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən restoranlardan birində onunla bir yerdə işlədiyi tanışı Elmar Babayevin (ad-soyadlar şərtidir – red.) işdən çıxmaq istəməsini, daha yüksək əməkhaqqısı olan digər iş yeri axtarmasını və əlində 3000 manat məbləğində nağd pulu olmasını bilib. O, Elmara özünü işgüzar şəxs kimi göstərib və müxtəlif Mənzil İstismar İdarələrində yaxın tanışlarının olduğunu deyib. Bu adla onu aldadaraq 2500 manat məbləğində pul verdiyi halda onu Şüvəlan qəsəbəsi ərazisində yerləşən Mənzil İstismar İdarəsində məsləhətçi vəzifəsinə işə düzəltdirəcəyinə dair yalan vəd verib. Eyni zamanda kiminləsə bu barədə telefon danışığı aparması görüntüsü yaradaraq həmin ilin aprelin 1-də işə başlayacağına inandırıb. Zərərçəkmişlə razılaşdıqdan sonra istintaqla tarixini dəqiqləşdirmək mümkün olmayan 2024-cü il mart ayının ortalarında iş yerində olduqları vaxt restoranında nömrəsiz müştəri otağında Elmardan videogörüntü çəkilişi ilə 2500 manat məbləğində nağd pul alıb. İlqar Vəliyev həmin vəsaiti öz şəxsi ehtiyacına sərf edib və verdiyi vədə əməl etməyib. O, zərərçəkmiş şəxsin 2500 manat məbləğində ziyan vurub. Onun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı tamamilə ödəyib. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
demokrat.az

1Mənbələr