Bakı. Trend:
Xüsusi icra məmurunun əlavə icra haqqının hesablanması meyarlarıvə hədləri təsdiq edilib.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Sənədə əsasən, bu Qərar xüsusi icra məmurlarının əlavə icrahaqqının hesablanması meyarlarını və hədlərini müəyyən edəcək.
Əlavə icra haqqı könüllüdür, tələbkarla və xüsusi icra məmurununqarşılıqlı razılığına əsasən yalnız icranın tam və ya qismən təminolunması halında ödəniləcək.
Xüsusi icra məmurunun əlavə icra haqqının ödənilməsi şərtləriicraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasındayazılı razılıqla müəyyən olunacaq.
Pul tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı xüsusiicra məmuru tərəfindən ödənilməsi təmin edilmiş məbləğin 15faizinədək müəyyən edilə biləcək.
Aliment və digər vaxtaşırı ödəmələrə dair icra sənədləri üzrəəlavə icra haqqı aşağıdakı kimi müəyyən edilə biləcək:
- tələb müntəzəm icra edilirsə, hər ay üçün aylıq aliment və yadigər vaxtaşırı ödəmə məbləğinin 2 faizinədək – ildə bir dəfə;
- tələb qeyri-müntəzəm ödənilmiş və borc yaranmışdırsa,ödətdirilmiş borc məbləğinin 5 faizinədək.
Əmlak tələbinə dair icra sənədləri üzrə əlavə icra haqqı 10.000manatadək müəyyən edilə bilər.
Pul tələbi olmayan icra sənədləri üzrə əlavə icra haqqıaşağıdakı kimi müəyyən edilə biləcək:
- müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair işlər üzrə –2.000 manatadək;
- hüquqların tanınması, pay bölgüsü və hüquqlara xitam verilməsitələblərinə dair işlər üzrə – 400 manatadək;
- tikilinin sökülməsi, bərpası, yolun açılması və maneələrinaradan qaldırılması tələblərinə dair işlər üzrə – 4.000manatadək;
- şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair işlər üzrə– 800 manatadək;
- müxtəlif predmetli barışıq sazişlərinin icrası (pul tələbiolmayan) – 2.000 manatadək;
- öhdəliyin icrası, öhdəlikdən azad olunma və borcun silinməsitələblərinə dair işlər üzrə – 4.000 manatadək;
- işə bərpa (məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsitələbi olmadan) tələbinə dair işlər üzrə – 1000 manatadək;
- hüquqi sənədlərin ləğvi, etibarsız hesab edilməsi tələblərinədair işlər üzrə – 400 manatadək;
- çıxarılma və ya köçürülmə ilə əlaqədar olmayan, habelə buSənədin 7.3-cü bəndi ilə əhatə olunmayan torpaq mübahisələri üzrə –2.000 manatadək;
- digər kateqoriya tələblərə dair işlər üzrə – 2.000manatadək.