AZ

Zelenski: “Danışıqlar ərazi məsələsinə görə dalana dirənib”

“ABŞ-nin irəli sürdüyü sülh təşəbbüsü çərçivəsində aparılan danışıqlar ərazi məsələsinə görə dalana dirənib”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukraynanın Donbasla bağlı mövqeləri arasında ciddi fikir ayrılıqları mövcuddur və hazırda bu məsələdə ortaq mövqe formalaşmayıb.

Zelenski vurğulayıb ki, sülh təşəbbüsü üzrə danışıqlarda iştirak edən tərəflər ərazi məsələsi ilə bağlı hələ də razılığa gələ bilmirlər.

Ukrayna lideri əlavə edib ki, ABŞ planının bəzi elementləri, xüsusilə müharibədən zərər çəkmiş ölkə üçün təhlükəsizlik zəmanətləri və şərq regionlarına nəzarət kimi həssas məsələlər əlavə müzakirə tələb edir.

Zelenskinin sözlərinə görə, Kiyev təhlükəsizlik zəmanətləri ilə bağlı Qərb müttəfiqləri, ilk növbədə isə ABŞ ilə ayrıca sazişin imzalanmasında israrlıdır.

Seçilən
55
nocomment.az

1Mənbələr