AZ

Azad edilmiş ərazilərdə 2 000 dən çox mina və sursat zərərsizləşdirildi

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik hesabat yayıb.

Doğru.az xəbər verir ki, dekabrın 1-dən 7-dək aparılan əməliyyatlar zamanı geniş miqyaslı mina və sursatlar aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-dan bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılan minatəmizləmə tədbirləri nəticəsində piyadaəleyhinə 273, tankəleyhinə 366 mina və 1 511 partlamamış hərbi sursat tapılaraq məhv edilib.

Hesabat dövründə ümumilikdə 1 693,4 hektar ərazi mina və partlamamış sursatdan tam təmizlənib.

Əməliyyatlar regionda təhlükəsizliyin bərpası və vətəndaşların təhlükəsiz qayıdışı üçün davam etdirilir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
dogru.az

2Mənbələr