AZ

Surqutdan Samaraya uçan təyyarədə yeddi sistem eyni anda sıradan çıxdı

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Utair" aviaşirkətinin Surqutdan Samaraya uçan "Boeing 737-500" (RA-73040) təyyarəsində bir neçə aparıcı sistemdə nasazlıq müşahidə olunub.

Moderator.az xəbər verir ki, məlumatı "Aviatorşina" "Telegram" kanalı yayıb.

Xəbərdə bildirilir ki, laynerin göyərtəsində transformator sıradan çıxıb və yeddi sistemdə (sol və sağ yanacaq nasosları, elektrohidronasos, avtomatik əyləc sistemi və s.) eyni anda nasazlıq yaranıb.

Bununla belə, ekipaj təyyarəni uğurla eniş zolağına çatdıra bilib.

Ekspertlər pilotların kabinəsini yoxlayarkən problemlərin səbəbi məlum olub: Birinci transformatorun qoruyucusu söndürülübmüş.

Fakt üzrə araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
moderator.az

2Mənbələr