AZ

“İranda iki azərbaycanlı məhbus Tahir Nəqəvi və Vədud Əsədi 45 gündür ki, aclıq aksiyası keçirir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İranda iki azərbaycanlı məhbus Tahir Nəqəvi və Vədud Əsədi 45 gündür ki, aclıq aksiyası keçirir. Tahir Nəqəvi İranda Rejim əleyhinə təbliğat apardığına görə 1 il, İranın daxili əmniyyət əleyhinə cinayət törətmək üçün toplaşmaq və sövdələşməyə görə isə 5 il həbs cəzası alıb. Onun həmçinin vəkalət lisenziyası dondurulub”.

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan İnsan Haqları Təşkilatının prezidenti Nağı Mahmudi məlumat verib. Təşkilat rəhbəri bildirib ki, Vədud Əsədi rejim əleyhinə təbliğat aparmaq, rejimə müxalif qruplaşmalara üzv olmaq və rəhbərliyi təhqir etmək ittihamı ilə ümumilikdə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Tahir çox ağır xəstədir və həbsxanadakı həkimlər tövsiyə ediblər ki, Vədud Əsədi həbsxanadan kənarda bir xəstəxanaya yerləşdirilsin. Amma həbsxana rəhbərliyi bu məsələdən yayınırlar”-deyə Nağı Mahmudi qeyd edib.

Azərbaycan İnsan Haqları Təşkilatının prezidenti Nağı Mahmudi bildirib ki, Tahir Nəqəviyə irəli sürülən ittihamlardan biri onun Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlini məhkəmədə müdafiə etməsidir və hər iki məhbus hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

Nağı Mahmudi həmçinin vurğulayıb ki, Tahir Nəqəvi ilk dəfədir həbs edilir, Vədud Əsədi bundan öncə dəfələrlə həbs olunub.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
bizimyol.info

1Mənbələr