Suriya Prezidenti Əhməd əl-Şaraa “Al Jazeera” telekanalına verdiyi açıqlamada Rusiyanın Bəşər Əsəd rejimini xilas etmək üçün son cəhdlərindən biri barədə danışıb.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, 2024-cü ilin noyabr ayının sonunda “Hayat Təhrir əş-Şam”ın rəhbərlik etdiyi üsyançılar Hələbin qərb hissəsinə nəzarəti ələ keçirdikdən sonra Rusiya tərəfindən onlara mesaj göndərilib.
Mesajda bildirilib: “Burada dayanın və ələ keçirdiyiniz ərazilərlə kifayətlənin, əks halda vəziyyət daha da gərginləşəcək”.
Əl-Şaraa qeyd edib ki, bu mesajdan sonra Əsəd rejiminin artıq çökmək üzrə olduğunu anlayıb.
Onun sözlərinə görə, 7 dekabr 2024-cü ildə Homs şəhəri ələ keçirildikdən sonra paytaxt Dəməşq istiqamətində hücum əməliyyatı başlayıb.
Suriya Prezidenti bildirib ki, hücum əmri 8 dekabr gecə saat 01:30-da verilib və üsyançılar sübh saatlarında Dəməşqə daxil olublar.