Misli Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu yarımçıq dayandırılıb.
QOL.az xəbər verir ki, buna Qəbələdəki dumanlı hava şəraiti səbəb olub. Beləliklə, qarşılaşma 23-cü dəqiqədə saxlanılıb.
Matçın taleyi ilə bağlı qərar daha sonra açıqlanacaq.