AZ

Türkiyə parlamentinin spikeri terrorizmin aradan qaldırılmasına dair atılan addımları dövlət layihəsi adlandırıb  

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” təşəbbüsünün uğurla həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Milli həmrəylik, qardaşlıq və demokratiya üzrə Parlament Komitəsinin işini şərh edən Numan Kurtulmuş “Terrorsuz Türkiyə”nin bütün ölkənin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən dövlət layihəsi olduğunu bildirdi.

O, TBMM komitəsinin işinin konkret nəticələr əldə etməyə imkan verəcək güclü hesabat hazırlayacağına ümid etdiyini vurğulayıb.

Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Baxçalı da bir gün əvvəl parlament komitəsinin işinin vacibliyindən danışıb.

Siyasətçi xatırladıb ki, missiyası terrorizmin tamamilə aradan qaldırılmasına töhfə vermək olan komitənin 19-cu iclası dekabrın 4-də keçirilib. D.Baxçalı vurğulayıb ki, “Terrorsuz Türkiyə” milli və tarixi məqsəddir.

Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəl dövlətin “Terrorsuz Türkiyə” təşəbbüsünü uğurla həyata keçirmək əzmində olduğunu bildirmişdi.

Seçilən
7
2
azerbaijan-news.az

3Mənbələr