AZ

Göygöldə 22 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2003-cü il təvəllüdlü Fehruz Quluzadə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda 22 yaşlı gəncin vəziyyətinin ağır olduğu bildirilir. Onun müalicəsi özəl tibb müəssisələrinin birində davam etdirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Seçilən
22
moderator.az

1Mənbələr