AZ

“Bolt” sürücüsü sərnişini təhqir etdi Şirkətdən açıqlama

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda "Bolt” sürücüsünün  sərnişini təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, taksi sürücüsü sifarişi qəbul etsə də, daha sonra yerinə yetirə bilməyəcəyini bildirib və sərnişindən sifarişi ləğv etməsini istəyib. Sərnişin isə hesabının bloklanacağından narahat olduğunu bildirərək imtina edə bilməcəyini və sürücünün ləğv etməsini istəyib. Bunun qarşılığında isə sürücü sərnişini təhqir edib.Şirkətdən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, "Bolt” bütün şikayətləri araşdırır:"Bolt”un dəstək xidməti daxil olan bütün şikayətləri araşdırır. Əgər sərnişinin şikayəti təsdiqlənərsə, məsələ ilə bağlı sürücü ilə kommunikasiya aparılır. Səfər faktiki olaraq həyata keçirilmədiyi halda, amma vəsait tutulubsa, həmin məbləğ sərnişinə geri qaytarılır. Belə hallar sürücünün reytinqinə təsir edir və təkrarlandığı halda sürücünün hesabı deaktiv edilə bilər. Bu isə Bolt tətbiqi vasitəsilə sürücülük xidmətinin göstərilməsinin mümkünsüz olması ilə nəticələnir. Qeyd edək ki, Bolt sürücülərlə mütəmadi olaraq kommunikasiya aparır, onlara düzgün davranış qaydaları, müştəri məmnuniyyətinin önəmi və peşəkar xidmət standartları barədə məlumatlar göndərir. Məqsəd həm sərnişinlərin təhlükəsizliyini, həm də sürücülərin xidmət keyfiyyətini daima yüksək səviyyədə saxlamaqdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
demokrat.az

1Mənbələr