Cənubi Amerika ölkəsi Ekvadorunun El Oro əyalətində məhbuslar arasında toqquşma baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə əyalətin Machala şəhərindəki həbsxanada qeydə alınıb.
İlkin məlumata görə, toqquşmada 9 nəfər həlak olub. Əraziyə çox sayda hüquq-mühafizə orqanları cəlb olunub.