AZ

“Otokar”ın xarici bazarda üstünlüyü olduqca böyükdür

Xarici bazarda üstünlüyümüz olduqca böyükdür. “Otokar” dünya nəhəngləri Amerika və Avropa şirkətləri ilə birbaşa rəqabət aparır və tenderlərdə qalib gəlir.

Bunu “Poliqon” jurnalına müsahibəsində “Otokar” şirkətinin baş direktor müavini Sedef Vehbi deyib.

“Üstəlik, bunu Avropa kimi son dərəcə çətin və tələbkar bazarlarda edirik. Avropalı və amerikalı rəqibləri geridə qoyaraq tenderlərdə qalib gəlmək, əslində “Otokar”ın həqiqi gücünü göstərir. Bu gün xarici bazarlarda, dünyanın bir çox bölgəsində çox fəal şəkildə fəaliyyət göstəririk”, – deyə S.Vehbi vurğulayıb.

Baş direktor müavini COBRA II zirehli maşınının Rumıniya konfiqurasiyasına və bu ölkəyə tədarükünə diqqət çəkib: “Bu nəqliyyat vasitəsini ilk dəfə məhz burada nümayiş etdiririk. Bu, təkcə Rumıniyadan deyil, digər Avropa ölkələrindən də böyük maraq görən bir nəqliyyat vasitəsi oldu”.

Onun sözlərinə görə, “Otokar”ın məqsədi yalnız fəaliyyət göstərdiyi ölkələrin ehtiyaclarını qarşılamaq deyil, eyni zamanda oradan digər bir ölkəyə məhsul ixrac etməkdir.

Seçilən
18
poliqon.az

1Mənbələr