AZ

Tailand və Kamboca arasında gərginlik: Müharibə olacaq?

Tailand Kamboca ilə sərhəd boyunca yaşanan gərginliyin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac duymur.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü, İnformasiya Departamentinin baş direktoru Nikondet Phalangkun brifinqdə bildirib.

Jurnalistlərin suallarını cavablandıran sözçü vurğulayıb: “Xeyr. Hazırda biz beynəlxalq dəstəyə ehtiyac görmürük. Tailand bu mərhələdə öz ərazi bütövlüyünə və suverenliyinə özü təminat verə bilər.”

Bundan əvvəl Tailandın Baş naziri Anutin Çanvirakun da bildirib ki, o, ABŞ Prezidenti Donald Trampı Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı məlumatlandırmayıb. Baş nazir konfliktin yalnız Tailand və qarşı tərəf arasında olan məsələ olduğunu qeyd edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
70
konkret.az

1Mənbələr