Bu gün səhər təxminən saat 07:10 radələrində Maştağa-Gənclik istiqamətində hərəkət edən M8 nömrəli avtobus xarab olub. Nəticədə həmin avtobusdan düşən sərnişinlər digər M8-ə minməli olublar. Bu isə nəqliyyat vasitəsində hədsiz sıxlıq və ciddi narahatlıq yaradıb.
Bu haqda Redaktor.az-a sərnişinlərdən biri məlumat verib.
Sərnişin əlavə olaraq qeyd edib ki, bu, ilk dəfə yaşanan hal deyil.
Belə olduqda isə ortaya bir sual çıxır: bu avtobusların texniki baxışı vaxtı-vaxtında keçirilirmi?
Məsələ ilə bağlı cavab almaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq, lakin sorğumuz cavabsız qaldı.
Aytəkin TOFİQQIZI