AZ

Qəbələyə duman çökdü, “Turan”la matç yarımçıq dayandırıldı - VİDEO

Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” matçı təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma 23-cü dəqiqədən etibarən dayandırılıb.

Buna səbəb matçın keçirildiyi Qəbələ şəhərində qatı duman olmasıdır.

Qarşılaşmanın baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.

Matç barədə qərarın daha sonra açıqlanacağı bildirilib.

Seçilən
18
sportinfo.az

1Mənbələr