AZ

Gözəllik kraliçası sevgilisinin oğlunu öldürdü - Ömürlük həbs olundu

Corcia ştatının keçmiş gözəllik kraliçası Triniti Medison Pouq eks-sevgilisinin 18 aylıq oğlunu vəhşicəsinə qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Publika.az xəbər verir ki, adıçəkilən ştatın Sumter rayon Ali Məhkəməsində 20 yaşlı keçmiş gözəllik kraliçası Triniti Medison Pouq ölümcül qətl, uşaq istismarında günahkar bilinib.

Onun qurbanı o vaxtkı sevgilisi Culian Uilyamsın oğlu, 18 aylıq Romeo olub. Hakim Pouqu ömürlük həbs cəzasına məhkum edib.

Qeyd edək ki, faciə 2024-cü ilin yanvarında Pouqun tələbə olduğu Corciya Cənub-Qərb Dövlət Universitetinin yataqxanasında baş verib.

Müayinə zamanı məlum olub ki, uşaq baş və gövdə nahiyəsindən elə ağır küt travma alıb ki, onun beyni ekspertlərin təbirincə desək, “yararsız” olub.

Seçilən
2
publika.az

1Mənbələr