AZ

"KƏPƏZ BOKT" istiqrazları üçün “Ticarətə İcazə” qərarı verildi

8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlayıb, 10 təqvim günü davam edəcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "KƏPƏZ BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2012020809

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı: 10 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Tədavül müddəti: 24 ay

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter: “Troni İnvestisiya Şirkəti” QSC

Seçilən
90
2
marja.az

3Mənbələr