AZ

NGBM-in İdarə Heyətinin üzvü Boris Tadiç Professor Məhəmməd Yunusla görüşüb

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü,Serbiyanın sabiq prezidenti Boris Tadiç Banqladeş səfəriçərçivəsində ölkənin Baş müşaviri, Nobel mükafatı laureatıProfessor Məhəmməd Yunusla görüşüb.

Trend xəbər verir ki, görüşdətərəflər arasında mövcud əməkdaşlıq, birgə təşəbbüslər və gələcəkplanlar müzakirə olunub.

Mərkəz Professor Yunusla uzunmüddətli tərəfdaşlığı yüksəkqiymətləndirir və qarşıdakı dövrdə əməkdaşlığın genişlənməsiniönəmli hesab edir.

Həmçinin Banqladeşdə aparılan sosial-iqtisadi islahatlar vəonların dayanıqlı inkişaf üçün əhəmiyyəti barədə fikir mübadiləsiaparılıb. Mərkəz bu prosesləri dəstəklədiyini və gələcəkəməkdaşlığa açıq olduğunu ifadə edib.

Seçilən
116
az.trend.az

1Mənbələr