Arxeoloqlar Çinin cənub-qərbində, Siçuan əyalətindəki qaya divarında 20-dən çox dinozavr izi aşkar ediblər. İzlərin 200 milyon il əvvələ aid olduğu təxmin edilir.
Məlumata görə, dinozavr izlərinin yaxınlığında daşlaşmış ağac parçaları da tapılıb ki, bu da o dövrün yerli ekosistemi haqqında təsəvvür yaradır.
Ülkər XASPOLADOVA ,
“Azərbaycan”