İtaliya A Seriyasının 16-cı turunda “Komо” “İnter”ə səfərdə 4:0 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas qarşılaşma ilə bağlı diqqətçəkən açıqlama verib:
“Mən oyuna 6-3-1 və ya 5-4-1 kimi ultra-defansif quruluşla da çıxa bilərdim. Qapanıb müdafiə etməklə bəlkə də daha az fərqlə uduzardıq. Amma mən belə futbol oynamaqdansa, bu nəticəyə baxmayaraq, öz oyun fəlsəfəmdən dönmək istəmirəm.”
Gənc baş məşqçi komandasının hücum futboluna sadiq qalacağını vurğulayıb.
Qarşılaşmanın ən diqqətçəkən fiqurlarından biri türkiyəli futbolçu Hakan Çalhanoğlu olub. O, matçı 1 qolla tamamlayıb və statistik göstəricilərə əsasən görüşün ən yüksək reytinqli futbolçusu seçilib (8.3 xal).
Kamil Xudiyev