Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, M.S.Ordubadi küçəsi 7A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Rauf Vaqif oğluna məxsus “Biləcəri” ərzaq bazarında monitorinq keçirib.
Baxış zamanı bazarda texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, balıqların, süd və turşu məhsullarının soyuducudan kənarda üzəri açıq şəkildə, saxlanma şəraitinə və temperatur rejiminə əməl edilmədən satışa çıxarıldığı müəyyən edilib. Bazarda yüksək riskli məhsulların (ət və süd) müşayiətedici sənədlərinin olmadığı, konservləşdirilmiş məhsulların etiket məlumatlarının qeyd edilmədiyi aşkarlanıb. Həmçinin işçilərin xüsusi geyim ilə təmin olunmadığı müəyyən edilib.
Nöqsanlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, satıcılara qanunvericiliyin tələbləri izah olunub.
Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:


