AZ

Çoxmərtəbəli binaların qiymətlərində uculaşma buna görə imiş AÇIQLANDI

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Hazırda çoxmərtəbəli binaların qiymətlərində uculaşma müşahidə olunur. Bu ucuzlaşmanın niyə və hansı səbəbdən olduğu məlum deyil.Bu barədə daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında  qeyd edib ki, hazırda çoxmərtəbəli binaların qiymətlərində müşahidə olunan ucuzlaşma qlobal xarakter daşımır:“Əgər qiymətlər normadan artıq qaldırılmışdısa, indi həmin seqmentdə satıcılar bazarın real tələbinə uyğun olaraq endirimə getməyə məcbur olurlar. Artıq məlumdur ki, son 5 il ərzində daşınmaz əmlakın qiymətləri sürətlə yüksəlib. Bu dövrdə satıcılar və tikinti şirkətləri satış dəyərini 2-3 faiz artırmağa çalışaraq süni qiymət artımı yaradıblar. Hazırda bazarda alıcı kütləsinin ciddi şəkildə azalması müşahidə olunur. Bu, bəzi seqmentlərdə qiymətlərin aşağı düşməsi ehtimalını gücləndirir. Lakin ümumi mənzərədə artım tendensiyası hələ də davam edir və qiymətlərin sabitləşməsi zaman tələb edir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
demokrat.az

1Mənbələr