AZ

Donetskdə amerikalının qətlinə görə bu şəxslərə cəza verildi

Donetsk qarnizon məhkəməsi ABŞ vətəndaşı Rassel Bentlinin qətli ilə bağlı dörd Rusiya hərbçisini 1,5 ildən 12 ilədək həbs cəzasına məhkum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin məhkəmə orqanları məlumat yayıb.

Texas ştatından olan Rassel Bentley 2014-cü ildən etibarən Donbasda Rusiyapərəst qüvvələrin tərəfində döyüşüb, “Vostok” batalyonunda xidmət edib, daha sonra Sputnik layihəsində çalışıb və Rusiya vətəndaşlığı alıb.

İstintaqın məlumatına görə, 2024-cü il aprelin 8-də Andrey İordanov və Vitali Vansyatski onu diversiyada şübhəli bilərək saxlayıb, başına torba keçirərək naməlum yerə aparıblar. Daha sonra Vladislav Agaltsev ilə birlikdə Bentliyə işgəncə verib, onu döyüblər və nəticədə o, həyatını itirib. Cinayəti ört-basdır etmək məqsədilə əvvəlcə cəsədi avtomobildə partladıblar, sonra isə qalıqlarını yandırıblar.

Məhkəmə üç əsas təqsirləndirilən şəxsi səlahiyyət həddini aşmaq və bu hərəkət nəticəsində ölümə səbəb olmaq maddəsi ilə təqsirli bilib. İordanova əlavə olaraq həbsdən qaçma, Vladimir Bajinə isə cinayətin izlərini gizlətmək maddəsi ilə hökm oxunub.

Nəticədə Vansyatski və İordanov hər biri 12 il ciddi rejimli cəzaçəkmə müəssisəsinə, Agaltsev 11 il, Bajin isə 1,5 il koloniyada cəza çəkməyə məhkum edilib.

Aliyə

Seçilən
34
nocomment.az

1Mənbələr