AZ

Yeniyetmələrdə aqressiya: Duyğularını düzgün ifadə edə bilməyən gənclər daha çox aqressivlik nümayiş etdirir ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Yeniyetmələrdə aqressiya çox vaxt daxili gərginliyin və emosional narahatlığın göstəricisidir. Bu dövrdə uşaqlar öz identitetlərini formalaşdırır, sərhədlərini sınayırlar və bəzən aqressiv davranışlarla özlərini ifadə edirlər. Ailə mühiti, valideynlərin tərbiyə üsulları, məktəb və sosial mühitdə təzyiq və rəqabət bu davranışları artıran əsas amillərdən hesab olunur”.

Bunu Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib.

“Bəzən yeniyetmələr diqqət çəkmək və ya özünü müdafiə etmək məqsədilə aqressiv olurlar. Həmçinin, media və sosial şəbəkələrdəki təsirlər də bu halları gücləndirir.

Duyğularını düzgün ifadə edə bilməyən gənclər daha çox aqressivlik nümayiş etdirir və əgər bu vəziyyət davamlı olarsa, ciddi problemlərə yol aça bilər.

Yaxşı olar ki, valideynlər və müəllimlər yeniyetmələrlə tez-tez açıq ünsiyyət qursunlar və mümkün qədər onları dinləsinlər”.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr