AZ

“Qəbələ” - “Turan Tovuz” matçı təxirə salındı - VİDEO

Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" matçı təxirə salınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşma 23-cü dəqiqədən etibarən dayandırılıb. 

Buna səbəb matçın keçirildiyi Qəbələ şəhərində qatı duman olmasıdır. 

Qarşılaşmanın baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.

PFL-dən verilən məlumata görə, qarşılaşma təxirə salınıb:

"Əsasnaməyə uyğun olaraq 30 dəqiqə gözlənilib, amma hakimlərlə məsləhətləşilib. Bildirilib ki, duman daha da qatılaşıb, ona görə də oyun təxirə salınıb. Vaxtla bağlı planlama aparılır".

Milli.Az 

Seçilən
152
50
milli.az

10Mənbələr