AZ

Putinin Hindistan səfəri nəyə hesablanıb?



Rusiya prezidenti Vladimir Putinin Hindistan səfəri həm hərbi, həm də iqtisadi baxımdan Kreml üçün çox vacibdir. Ukrayna ilə müharibə şəraitində Qərbin sanksiyaları ilə üzləşəcək ağır iqtisadi durumla üzləşən Rusiya üçün Hindistan bazarına çıxış olduqca vacibdir. Bu baxımdan Kreml rəhbərinin Hindistan səfərinin daha çox Rusiyanın iqtisadi maraqlarına xidmət etdiyini deyə bilərik.

Bunları Newscenter.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Kreml rəhbərinin Hindistan səfərində hərbi maraqlar da yox deyil:

"Bir neçə ildir davam edən Rusiya-Ukrayna müharibəsi birincinin hərbi potensialını və imkanlarını kifayət qədər tükədib. Bu baxımdan Yeni Delinin Rusiyaya raket kompleksləri verməsi mümkün variantlar sırasındadır. Düzdür, Putinin səfəri zamanı Rusiyanın Hindistandan hansısa silah alması ilə bağlı xəbərlər olmasa da, çox güman ki, bu məsələ iki liderin qapalı keçən danışıqlarında əsas müzakirə mövzusu olub".

Anar
Seçilən
13
1
newscenter.az

2Mənbələr