AZ

Slovakiyanın İnvestisiya və Ticarət Agentliyi Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətləri barədə (ÖZƏL)

Bakı. Trend:

Slovakiya İnvestisiya və Ticarət Agentliyi (SARIO) Azərbaycanlainformasiya-kommunikasiya texnologiyaları, enerji, müdafiə,maşınqayırma eləcə də, digər innovativ və elmi-tədqiqat sahələrindəəməkdaşlıq üçün artan potensial görür.

Bu barədə Trend-insorğusuna cavab olaraq SARIO-dan bildirilib.

“Slovakiya şirkətləri uzunmüddətli tərəfdaşlığa, texnologiyalaraəsaslanan layihələrə və hər iki ölkənin davamlı iqtisadi inkişafınatöhfə verə biləcək birgə müəssisələrin yaradılmasına getdikcə dahaçox maraq göstərirlər”, – deyə agentlikdən vurğulayıblar.

SARIO biznes təşəbbüsləri və institusional əməkdaşlıq vasitəsiləAzərbaycanla aktiv qarşılıqlı fəaliyyəti davam etdirir.

“Keçən il ərzində üç əsas təşəbbüs həyata keçirmişik: SlovakiyaRespublikasının Baş naziri müşayiətində işgüzar missiya,Hökumətlərarası Görüş çərçivəsində ixtisaslaşmış biznes nümayəndəheyəti və – Slovakiya Respublikasının səfirliyi ilə əməkdaşlıqçərçivəsində "ADEX 2024" sərgisində Slovakiya milli stendinintəşkili. Bu tədbirlər, xüsusilə texnologiya və yüksək əlavə dəyərsahələrində fəaliyyət göstərən Slovakiya şirkətlərinin Azərbaycanbazarına çıxışı və ya mövcud mövqelərinin genişləndirilməsi üçündəstək məqsədi daşıyır.

Biz ilk növbədə diqqətimizi informasiya-kommunikasiyatexnologiyaları, müdafiə, maşınqayırma və enerji sahələrindəfəaliyyət göstərən Slovakiya şirkətlərinə yönəltmişik. Bu sahələrqarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensiala malikdir vəSARIO bu sektorlardan olan şirkətləri Azərbaycanda iş imkanlarınıaraşdırmağa fəal təşviq edir”, – agentlikdə bildirilib.

Dövlət agentliyi olaraq SARIO Slovakiya kiçik və orta biznesinədəstək olur, habelə investorlar üçün biznes missiyaları, iribeynəlxalq sərgilərdə milli stendlər və bazara çıxış üzrə məsləhətxidmətlərini təmin edir.

“Bizim məqsədimiz Azərbaycan tərəfdaşları ilə birbaşa təmaslarqurmaq və Slovakiya şirkətlərinə bazar şəraiti, imkanlar vəəməkdaşlıq modellərini daha yaxşı başa düşməyə kömək etməkdir. Sonişgüzar missiyalar zamanı Slovakiya və Azərbaycan şirkətləri birsıra konstruktiv danışıqlar aparıb və əməkdaşlıq imkanlarınıöyrəniblər”, – deyə agentlikdən qeyd olunub.

SARIO növbəti Slovakiya-Azərbaycan Hökumətlərarası Görüşünün2026-cı ildə keçiriləcəyini gözləyir.

Məqalədə:
Seçilən
113
3
az.trend.az

4Mənbələr