AZ

"Barselona" onu saxlamaq istəyir, PSJ isə götürmək: Raşford əməliyyatı qızışır

PSJ hücum xəttini gücləndirmək məqsədilə İngiltərə yığmasının üzvü Markus Raşford üçün “Mançester Yunayted”ə rəsmi təklif təqdim edib.

Fanat.Az xəbər verir ki, Paris təmsilçisi müqavilənin bir hissəsi kimi gənc futbolçu Bredli Barkolanı qarşı tərəfə verməyə hazırdır.

Hazırda Raşford “Barselona”da icarə əsasında çıxış edir və katalonların ingilis hücumçunu komandada saxlamaq istədiyi bildirilir. İspaniya mətbuatına görə, “Barselona” Raşfordun La Liqa ritminə uyğunlaşmasından məmnundur və onun da Kataloniyada qalmağa isti baxdığı iddia olunur.

PSJ isə hücum xəttində yenidən qurma prosesinə start verib və Raşfordu əsas hədəflərdən biri kimi görür. Tərəflər arasında danışıqların mövsümün sonuna doğru intensivləşəcəyi gözlənilir.

Kamil Xudiyev

Seçilən
3
1
fanat.az

2Mənbələr