Rusiya ilə Ukrayna arasında gedən müharibədə sülh danışıqları davam edir.
Ukrayna prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə görüşündən əvvəl ABŞ mətbuatına açıqlama verib.
Bloomberg News-a telefonla müsahibə verən Zelenski deyib ki, ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilən sülh planında ərazi güzəştləri ilə bağlı müzakirəçilər fikir ayrılığına düşüb.
Ukrayna prezidenti Zelenski açıqlamasında "ABŞ, Rusiya və Ukraynanın öz baxışları var. Donbas məsələsində razılaşmırıq" deyib .
Zelenski əlavə edib ki, Kiyev Qərb müttəfiqlərindən, xüsusən də ABŞ-dan ayrıca təhlükəsizlik zəmanəti razılaşması əldə etmək istəyir.
Mövsüm,
AzNews.az
HƏLL EDİLMİŞ BÖLGƏ: DONBAS
Ukraynanın şərqində yerləşən Donbas regionu Rusiya sərhədinə yaxın Donetsk və Luqansk vilayətlərini əhatə edir və zəngin sənaye potensialına görə hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.