AZ

WSJ: Putin süni intellektdə liderlik iddiası edirdi, amma Rusiya yarışda artıq yoxdur...

Sanksiyalar, beyin axını və Çin asılılığı Moskvanın Sİ ambisiyalarını iflic edib…

Poliqon xəbər verir ki, Vladimir Putin uzun illərdir Rusiyanın süni intellekt (Sİ) sahəsində qlobal liderə çevrilməli olduğunu bəyan etsə də, reallıq tam fərqlidir: ölkə ABŞ və Çin başda olmaqla sürətlə irəli gedən texnoloji yarışdan kənarda qalıb. ABŞ və Çin Sİ modelləri və tətbiqləri üzrə hegemonluq uğrunda mübarizə apararkən, Avropa və Yaxın Şərq ölkələri güclü hesablama infrastrukturlarına milyardlarla dollar sərmayə qoyurlar. Rusiya isə Ukraynadakı müharibə səbəbindən həm texnoloji, həm də institusional baxımdan ciddi geriləmə yaşayır.

Stenford Universitetinin noyabrda təqdim etdiyi Global AI Vibrancy Tool indeksinə əsasən, Rusiya süni intellekt ekosistemlərinin effektivliyi üzrə 36 ölkə arasında cəmi 28-ci yeri tutur. Qərb sanksiyaları Rusiyanın həyati vacib avadanlıqlara, xüsusən də yüksək güclü kompüter çiplərinə çıxışını kəskin şəkildə məhdudlaşdırıb və ölkənin daxili istehsal qabiliyyətini iflic edib. Nəticədə rus şirkətləri həm qabaqcıl çipləri, həm də hətta ChatGPT kimi sadə xidmətlərə abunəni təmin etmək üçün üçüncü ölkələrdəki vasitəçilərdən asılı vəziyyətə düşüblər.

Moskvanın Çinə artan səviyyədə güvənməsi də vəziyyəti ağırlaşdırır. Analitiklər bunu artıq “iqtisadi vassallıq” adlandırırlar. Digər ağır zərbə isə beyin axınıdır: Ukraynaya qarşı müharibənin başlamasından sonra minlərlə yüksək ixtisaslı mütəxəssis ölkəni tərk edib, bu da Rusiyanın Sİ potensialını daha da zəiflədib.

Rusiyadan köçmüş texnologiya rəhbəri Yuri Podorojnı WSJ-yə bildirib: “Rusiya süni intellektin inkişafında illərlə geri düşüb. O, artıq rəqabətdə uduzub və geridə qalanı kompensasiya etmək mümkün deyil”.

Ekspertlərə görə, Sİ sahəsində qlobal güc olmaq arzusu Rusiyanın iqtisadi reallıqları, texnoloji təcridi və institusional resurs çatışmazlığı fonunda getdikcə daha əlçatmaz görünür.

Poliqon.info

Seçilən
127
poliqon.info

1Mənbələr