AZ

Associated Press: Myanmada hərbi hücum nəticəsində 18 nəfər həlak olub



Associated Press (AP) agentliyi 5 dekabrda Myanma ordusunun Saqainq bölgəsində həyata keçirdiyi hava hücumu nəticəsində ən azı 18 mülki şəxsin öldüyünü, 20 nəfərin isə yaralandığını bildirib.AP agentliyinin yerli vətəndaşa və Myanmanın müstəqil media orqanlarına istinadən verdiyi məlumata görə, dekabrın 5-də Myanma ordusu ölkənin mərkəzi hissəsindəki Saqainqdə insanların futbol matçını izlədiyi çayxanaya hava hücumu həyata keçirib.
Hücum nəticəsində ən azı 18 mülki şəxsin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir.

Hərbi administrasiya bölgədə hər hansı bir hücumun həyata keçirildiyini açıqlamayıb.

Myanma ordusu 6 oktyabrda Saqainq bölgəsində keçirilən Buddist festivalında 32 nəfərin ölümünə səbəb olan bombalı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Myanma ordusu 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddiaları və ölkədə siyasi gərginliyin artmasından sonra 1 fevral 2021-ci ildə hakimiyyəti ələ keçirdi.

Ordu ölkənin faktiki lideri, xarici işlər naziri Aunq San Su Çi də daxil olmaqla çoxsaylı məmurları və hakim partiya rəsmilərini saxladı və bir illik fövqəladə vəziyyət elan etdi.

Myanma ordusunun çevrilişə qarşı çıxan etirazçılara və üsyançı qruplara qarşı silahlı basqını bu günə qədər 902 nəfərin ölümünə səbəb olub və minlərlə nümayişçi saxlanılıb.

Bu arada, Siyasi Məhbuslara Yardım Təşkilatının məlumatına görə, çevrilişdən bəri ölkədə təxminən 1400 nəfər ölüb, 10.000 nəfər isə saxlanılıb.

Ölkə daxilində genişmiqyaslı nümayişlər və yüksək vəzifəli dövlət məmurlarının hərbi məhkəmələrdə mühakimə olunması davam edir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
80
aia.az

1Mənbələr