AZ

Kir Starmer qadağaya məhəl qoymayıb "TikTok" hesabı açdı

Britaniyanın Baş naziri Kir Starmer "TikTok" hesabı yaradıb.

Publika.az xəbər verir ki, "Gazeta.Ru" hesabın mövcudluğunu təsdiqləyib.

Siyasətçinin təsdiqlənmiş "TikTok" hesabı 8 dekabr günü səhər saatlarında ortaya çıxıb. Dərc olunan ilk videoda Starmer və həyat yoldaşı Viktoriya Dauninq küçəsində Milad ağacının yanında görünür.

Hesab artıq 1500-dən çox izləyici toplayıb. Şərhlərdə istifadəçilər şərhlərin yaxında bağlanacağını iddia ediblər. Çünki bəzi istifadəçilər baş naziri istefa verməyə çağırıblar. Mənfi şərhlər çoxlu sayda bəyənmə alıb.

Ehtimal ki, siyasətçilərin bu cür hesabları şəxsi cihazlarından idarə olunmur və bu da onlara məhdudiyyətləri aşmağa imkan verir.

Seçilən
71
publika.az

1Mənbələr