AZ

Yaponiyada 7,2 bal gücündə zəlzələ qeydə alınıb

Yaponiyada 7,2 bal gücündə güclü zəlzələ baş verib.

Editor.az xəbər verir ki, məlumatı ölkənin Milli Meteorologiya İdarəsi yayıb.

Yeraltı təkanlardan sonra Yaponiyanın şərq və şimal-şərq sahilləri üçün dərhal sunami xəbərdarlığı elan edilib. Bildirilir ki, əsas zəlzələdən bir neçə dəqiqə sonra ölkənin şimal bölgəsində daha bir güclü təkan qeydə alınıb.

Qeyd edək ki, Yaponiya mediası bir müddət əvvəl ölkədə gözlənilən güclü zəlzələnin ciddi ictimai və infrastruktur fəsadlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Mütəxəssislər Tokio və ətraf regionlarda yaxın illər üçün zəlzələ riskinin yüksək olduğunu bildirirlər.

Hesablamalara əsasən, belə bir təbii fəlakət baş verəcəyi təqdirdə potensial iqtisadi zərərin 83 trilyon yenə (təxminən 535 milyard dollar) çatacağı ehtimal olunur.

Proqnozlara görə, güclü yeraltı təkanlar 400-dən çox binaya ziyan vura bilər. Xatırladaq ki, noyabrın sonunda Yaponiyanın Kyushu bölgəsində 5,5 bal gücündə zəlzələ qeydə alınmışdı. Həmin zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşirdi.

// Gülnarə Abasova, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr