AZ

Suares “İnter Mayami” ilə sağollaşır, vətəninə qayıdır

style='margin-bottom:10px;'>

“İnter Mayami” klubunun hücumçusu Luis Suares komandadan ayrılmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə “TyC Sports” nəşri məlumat yayıb.

Belə ki, 38 yaşlı uruqvaylı futbolçunun ilin sonunda başa çatacaq müqaviləsini yeniləmək niyyətində olmadığı bəlli olub. Baş məşqçi Xavyer Maskeranonun rəhbərliyi altında əsas heyətdəki yerini itirən futbolçunun karyerasını vətənində davam etdirmək istədiyi bildirilir.

Suaresin yetirməsi olduğu “Nasyonal” klubuna qayıtmaq variantını nəzərdən keçirdiyi qeyd olunur. Xatırladaq ki, o, 2022-ci ildə də qısa müddət bu komandanın şərəfini qoruyub.

Qeyd edək ki, 2024-cü ildə “İnter Mayami”yə qoşulan Luis Suares cari mövsümdə 32 oyuna çıxıb. Təcrübəli oyunçu bu görüşlərdə 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr