AZ

Kadırova buna görə medal verildi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çeçenistan rəhbəri Ramzan Kadırov “Döyüşdə fərqlənməyə görə” fəxri medalı ilə təltif edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun silahdaşı, Çeçenistan Parlamentinin sədri Maqomed Daudov Teleqram kanalında məlumat yayıb.

Daudovun sözlərinə görə, medalı Rusiya Qvardiyasının direktoru Viktor Zolotov təqdim edib. O, bu təltifin Kadırovun şücaətini və xüsusi hərbi əməliyyat çərçivəsində göstərdiyi fədakar fəaliyyətini təsdiqlədiyini bildirib. Kadırovun “xüsusi hərbi əməliyyat”ın məqsəd və vəzifələrinin yerinə yetirilməsində böyük töhfə verdiyi vurğulanıb.

Qeyd edək ki, “Döyüşdə fərqlənməyə görə” fəxri medalı döyüş zamanı göstərilən igidliyə və tabeliyində olan qüvvələrin hərbi tapşırıqları uğurla icra etməsinə görə verilir. Kadırovun  konkret hansı əməliyyata görə mükafatlandırıldığı açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
globalinfo.az

1Mənbələr