AZ

Türkiyə ordusu Suriyaya girdi

Türkiyə qoşunları Suriya ilə sərhədi keçərək qonşu ölkəyə daxil olublar.

KARAR xəbər verir ki, Türkiyə ordusunun hücumu üç istiqamətdən – Afrin, Ras əl-Ayn və şimali Hələbdən keçib. Məlumatlara görə, Türkiyə qüvvələri əsasən Münbic xətti yaxınlığında cəmləşib. Bir Türkiyə ordusu kolonu Deyr Ballut vasitəsilə Suriyaya daxil olub, bəzi türk qüvvələri isə Ədvaniyadan keçib.

Rəsmi Dəməşqin nəzarətində olan qoşunlar Deyr əz-Zor bölgəsinə irəliləyib. Hökumət hücumunun artilleriya və PUA-larla dəstəkləndiyi bildirilir.

Qeyd etmək lazımdır ki, Ankara SDF (Suriya Demokratik Qüvvələri) bölmələrinin Suriya hökumət qüvvələrinə inteqrasiyasını hərbi cəhətdən dəstəkləyir.

//Samir Qurbanov, Editor.az

Seçilən
96
editor.az

1Mənbələr