AZ

EkoAvrasiya rəhbəri Şimali Kipr prezienti ilə görüşüb



EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman ilə görüşüb.

Bu barədə Newscenter.az-a məlumat verən Hikmet Eren deyib ki, Nikosiyada Prezident Sarayında baş tutan görüş zamanə Türk Dünyasının gələcəyi haqqında müzakirələr aparılıb.

"Həmçinin, Türkiyə ilə Şimali Kipr arasında vətəndaş cəmiyyəti diplomatiyası vasitəsilə dərin köklü qardaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində ortaq iradəmizi bir daha təsdiq etdik. Cənab Prezidentin Türk Dünyasının vizyonuna müsbət yanaşmaları və EkoAvrasiya Fondunun layihələri barədə fikir mübadiləsi aöardıq".

Hikmet Eren deyib ki, ortaq tariximizdən və mədəniyyətimizdən alınan güclə beynəlxalq platformalarda Kipr-Türkünün səsini daha ucadan çatdırmaq üçün səylərimizi davam etdirəcəyik.

Süleyman
Seçilən
51
1
newscenter.az

2Mənbələr