AZ

Paramount Warner Bros şirkətinin səhmdarlarına birbaşa təklifGÖNDƏRDİ

Paramount Skydance Corp Warner Bros Discovery (WBD) şirkətinin səhmdarlarına hər səhm üçün 30 dollar dəyərində təkliflə müraciət edib. Təklifə CNN, TNT Sports və Discovery kimi tanınmış kanalları birləşdirən Global Networks bölməsi də daxildir.

Redaktor.az bu barədə “İnterfaks”a istinadən məlumat verir.

Paramount-un açıqlamasına görə, bu təklif Netflix-in 18 milyard dollarlıq müraciətini üstələyir və bütün ödənişin nağd şəkildə həyata keçirilməsini nəzərdə tutur.

5 dekabrda məlum olub ki, Netflix və Warner Bros. Discovery şirkəti Warner Bros.-un 82,7 milyard dollara satılması barədə razılığa gəlib. Razılaşmaya əsasən, Netflix HBO Max və HBO tele­studiyalarını da əldə edəcək. Gözlənilir ki, sövdələşmə Discovery Global bölməsinin ayrılaraq yeni ictimai şirkətə çevrilməsindən sonra — 2026-cı ilin üçüncü rübündə tamamlanacaq.

Xədicə BAXIŞLI 

Seçilən
88
2
redaktor.az

3Mənbələr